Avropa Liqasında ölkəmizi təmsil edəcək "Qarabağ" potensial rəqiblərindən bəzilərinin kimliyinə aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, Ağdam klubu püşkatma mərasimində səpələnmişlər səbətində qərarlaşacaq. Bu isə o deməkdir ki, təmsilçimiz ilk mərhələdə reytinq xalları baxımından özündən daha zəif rəqiblərlə qarşılaşacaq.

Onların üz-üzə gələ biləcəyi komandalardan bəziləri artıq məlumdur: "Jilina" (Slovakiya), "Novi Sad" (Serbiya), "Universitate Kluj" (Rumıniya), "Alyuminiy" (Bosniya və Herseqovina), "Derri Siti" (İrlandiya) və "Vestri" (İslandiya).

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasındakı yürüşünə I təsnifat mərhələsindən start verəcək.