UFC-nin sabiq çempionu Con Cons boks karyerasına başlamaq istədiyini bəyan edib.
Offsideplus.az xəbər verir ki, idmançı UFC ilə müqaviləsinə xitam verilməsinin çox real olduğunu bildirib:
"Böyük ehtimalla, UFC ilə olan sözləşmədən çıxacam. Bunun üçün doğru insanları tapmalı və bu məsələni yoluna qoymalıyam. Boksda qüvvəmi sınamağı çox istəyirəm. Əgər bütün enerjimi əllərimin sürətinə, kombinasiyaların işlənməsinə və zərbə gücünə yönəltsəm, düşünürəm ki, bir çox insanı həqiqətən təəccübləndirə bilərəm. Böyük məmnuniyyətlə boks qarşılaşmasına çıxardım. Bu, çox əyləncəli olardı".


