Azərbaycan I Liqasında 2025/2026 mövsümünün qızıl medallarını təmin edən "Şəfa" klubu çempionluq kubokunu qaldırmağa hazırlaşır.

Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin mükafatlandırılma mərasiminin tarixi dəqiqləşib.

Onlar mayın 22-də, XXVII turun "Zaqatala" – "Şəfa" qarşılaşmasından dərhal sonra mükafatına qovuşacaq.

Binə qəsəbə stadionunda təşkil olunacaq oyunun ardınca rəsmi təltifetmə mərasimi baş tutacaq və mövsümün ən yaxşılarına medallarla yanaşı, çempionluq kuboku təqdim ediləcək.