"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın mövsümün sonunda vəzifəsindən ayrılacağı gözlənilir.

Offsideplus.az xəbər verir ki, BBC, "Daily Mail" və "The Athletic" kimi nüfuzlu nəşrlər bu həftəsonu keçiriləcək "Aston Villa" matçının ispaniyalı mütəxəssis üçün sükan arxasında son oyun olacağını yazır.

Artıq klub rəhbərliyi və futbolçular da onun gedəcəyindən xəbərdardırlar. Bununla da, kluba görünməmiş uğurlar qazandıran 10 illik möhtəşəm dövr başa çatacaq.

Qvardiolanı əvəzləmək üçün ən real namizəd isə onun keçmiş köməkçisi Enzo Mareskadır. Son olaraq "Çelsi" və "Lester"lə uğurlar qazanan italyan mütəxəssisin "Mançester Siti"nin başına keçəcəyi iddia olunur.