Avropa futbolunda yay transfer pəncərəsi yaxınlaşdıqca nəhəng klublar arasında mübarizə qızışır.

Offsideplus.az xəbər verir ki, "Qalatasaray"ın ulduzu Viktor Osimhen yay transfer dövrünün ən tələbatlı futbolçuları arasında olacaq. 

Artıq “Real Madrid” və “Çelsi” klubları “Qalatasaray”ın nigeriyalı ulduz hücumçusu üçün ciddi şəkildə hərəkətə keçiblər.

​Bu mövsüm İstanbul təmsilçisinin heyətində möhtəşəm oyun nümayiş etdirərək 29 matçda 22 qola imza atan 27 yaşlı forvard yenidən Avropa elitasının diqqət mərkəzindədir.

​“Qalatasaray”ın tələbi bəllidir: İstanbul klubu nigeriyalı ulduzu asanlıqla buraxmaq niyyətində deyil. Rəhbərlik Osimhenin transferi üçün qapını 100 milyon avrodan açmağa hazırlaşır.

​“Real Madrid”ə geri dönəcəyi gözlənilən Joze Mourinyo hücum xəttindəki balansı bərpa etmək və Kilian Mbappeni sol cinaha çəkmək üçün Osimheni heyətdə görmək istəyir.

​Yeni mövsümdə komandanın sükanı arxasına keçməyə hazırlaşan Xabi Alonso da hücum xəttini məhz Osimhenlə gücləndirməkdə israrlıdır. London təmsilçisi transfer siyahısında ilk sıraya nigeriyalı ulduzu yerləşdirib.

​Robert Levandovskinin gedişindən sonra hücum xəttini gücləndirmək istəyən Kataloniya klubu da Osimhenin vəziyyətini yaxından izləyir.

​Osimhenin nümayəndələrinin artıq Avropanın aparıcı klubları ilə ilkin və kəşfiyyat xarakterli danışıqlara başladığı bildirilir. Yayda bu transfer uğrunda tarixin ən böyük maliyyə savaşlarından birinin yaşanacağı gözlənilir.