“Yuventus” klubunun Çempionlar Liqasına vəsiqə qazana bilməməsi Turin təmsilçisini böyük maliyyə böhranı və ciddi risklərlə üz-üzə qoya bilər.
Offsideplus.az xəbər verir ki, klubun turnirdən kənarda qalması transfer planlarını alt-üst etməklə yanaşı, heyətdəki ulduzların da gedişini qaçılmaz edəcək.
Klubun qarşılaşa biləcəyi əsas risklər və son iddialar bunlardır:
- Bernardo Silva transferi təhlükədə: Çempionlar Liqasına vəsiqə təmin edilməzsə, Turin klubunun böyük ümidlərlə həyata keçirməyə çalışdığı Bernardo Silva transferi tamamilə ləğv oluna bilər.
- Maliyyə Feyr-Pley (FFP) təzyiqi: Turnirdən əldə olunacaq gəlirlərdən məhrum olmaq FFP qaydalarına görə klubun əl-qolunu bağlayacaq. Büdcəni tarazlaşdırmaq üçün komandanın 1 və ya 2 ulduz futbolçusunun satılması məcburi xarakter alacaq. Satış üçün ən real namizədlər isə Bremer, Turam, Kambiaso və Konseysaodur.
- Kenan Yıldız belə toxunulmaz deyil: Klubun həyata keçirməyə məcbur qalacağı qənaət siyasəti çərçivəsində, Turin təmsilçisinin gözbəbəyi və gələcək ulduzu hesab olunan Kenan Yıldızın belə komandada qalması artıq zəmanət altında deyil. Ciddi təklif gələcəyi təqdirdə, rəhbərlik gənc istedadın satışına "yaşıl işıq" yandıra bilər.


