"Barselona"nın gənc ulduzu Fermın Lopes dünya çempionatını qaçırmaq təhlükəsi ilə üz-üzədir.

Offsideplus.az xəbər verir ki, ​ispaniyalı yarımmüdafiəçi "Barselona"nın "Real Betis"ə 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanın ilk hissəsində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb. Müayinələrdən sonra futbolçunun sağ ayağının daraq sümüyündə sınıq aşkar edilib.

​Yaxın günlərdə cərrahiyyə əməliyyatı olunacaq Fermın Lopesin dünya çempionatında iştirakı sual altındadır.