Azərbaycan II Liqasında 2025/2026 mövsümünün çempionu məlum olub.

Offsideplus.az xəbər verir ki, sonuncu – XXVII turda turnir cədvəlinin lideri "Xankəndi" səfərdə "Şəmkir"in qonağı olub. Çempionluq xatirinə meydana çıxan qonaqlar minimal hesablı (1:0) qələbə sayəsində xallarının sayını 76-ya çatdıraraq qızıl medallara sahib çıxıblar.

Bu uğurla "Xankəndi" birbaşa I Liqaya vəsiqə qazanıb.

Mövsümü 71 xalla ikinci pillədə başa vuran "Qaradağ Lökbatan" isə növbəti mövsüm I Liqada oynamaq şansını hələ itirməyib. Lökbatan təmsilçisi I Liqanı 9-cu yerdə bitirəcək komanda ilə pley-off matçına çıxacaq.

Bu qarşılaşmanın qalibi 2026/2027 mövsümündə I Liqada iştirak hüququ əldə edəcək.