"Barselona" baş məşqçi Hansi Flikin müqavilə müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Almaniyalı mütəxəssis 2028-ci ilin yayına qədər katalon klubunu çalışdırmağa davam edəcək.
Flik iki mövsümdür "Barselona"nı çalışdırır. "Blauqrana" onun rəhbərliyi altında 5 kubok qazanıb.


