Çempionlar Liqasının turnir tarixində ilk dəfə olaraq Böyük Britaniyada final matçının pulsuz yayımı baş tutmayacaq.

Offsideplus.az xəbər verir ki, ​yayım hüquqlarına sahib olan "TNT Sports" telekanalı bu il keçiriləcək final qarşılaşmasını açıq yayımlamamaq barədə qərar qəbul edib.

Telekanal, həmçinin Avropa Liqası və Konfrans Liqasının finalları üçün də ənənəvi hala çevrilmiş pulsuz strim (onlayn yayım) xidmətlərini ləğv edib.

​Qeyd edək ki, Böyük Britaniyada futbolsevərlər turnirin müasir formatından bəri ilk dəfə olaraq Avropa kuboklarının finallarını izləmək üçün ödəniş etmək və ya abunəlik almaq məcburiyyətində qalacaqlar.