"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi fransalı vinger Jali Muaddibin transferini rəsmiləşdirib.
"Köhlən atlar" 25 yaşlı hücumameyilli oyunçu ilə 2029-cu ilin iyun ayına qədər qüvvədə olacaq sözləşmə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Muaddibin son dayanacağı Kiprin "Omoniya" (Aradippou) klubu olub. Karyerası ərzində o, ölkəsində "Lill" və "Anje"nin əvəzedici komandalarında, həmçinin "Avranş"da, Rumıniyada isə "Botoşani"də top qovub.
Qeyd edək ki, Jali Muaddib vaxtilə Fransanın U-19 gənclər millisinə də dəvət alıb.


