Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç DÇ-2026 üçün komandanın heyətini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, bu sifariş vərəqəsi ilkin heyət statusu daşısa da, əsas siyahıya DÇ-2026 üçün maksimum limit olan 26 futbolçu daxil edilib.
Qapıçılar: Dominik Livakoviç (Dinamo Zaqreb), Dominik Kotarski (Kopenhagen), İvor Pandur (Hall Siti).
Müdafiəçilər: Yoşko Qvardiol (Mançester Siti), Dye Çaleta-Tsar (Real Sosyedad), Yosip Şutalo (Ayaks), Yosip Stanişiç (Bayern Münhen), Marin Ponqraçiç (Fiorentina), Martin Erliç (Midtyulland), Luka Vuşkoviç (Hamburq).
Yarımmüdafiəçilər: Luka Modriç (Milan), Mateo Kovaçiç (Mançester Siti), Mario Paşaliç (Atalanta), Nikola Vlaşiç (Torino), Luka Suçiç (Real Sosyedad), Martin Baturina (Komo), Kristiyan Yakiç (Auqsburq), Petar Suçiç (İnter), Nikola Moro (Bolonya), Toni Fruk (Riyeka).
Hücumçular: İvan Perişiç (PSV), Andrey Kramariç (Hoffenhaym), Ante Budimir (Osasuna), Marko Paşaliç (Orlando Siti), Petar Musa (Dallas), İqor Matanoviç (Frayburq).
Daha 7 futbolçu isə ehtiyat (rezerv) siyahıya salınıb: Lovro Mayer (Volfsburq), Franyo İvanoviç (Benfika), Dion Belo, Luka Stoykoviç (hər ikisi Dinamo Zaqreb), İvan Smolçiç (Komo), Karlo Letsitsa (Lozanna) və Edrian Segeçiç (Portsmut).


