Avropa futbolunda yay transfer pəncərəsi yaxınlaşdıqca hərəkət də artır.

Offsideplus.az xəbər verir ki, “Bavariya” klubu “Mançester Siti”nin xorvatiyalı müdafiəçisi Yoşko Qvardiolu heyətinə qatmaq üçün ilkin araşdırmalara və təmaslara başlayıb.

​Yayılan məlumatlara görə, 24 yaşlı mərkəz müdafiəçisi İngiltərəni tərk etməyə və karyerasında yeni bir səhifə açmağa müsbət yanaşır.

Bu transferin reallaşması “Bavariya” üçün çox baha başa gələcək. “Mançester Siti” rəhbərliyi futbolçu üçün vaxtilə ödənilən 90 milyon avrodan daha az bir məbləğlə razılaşmaq niyyətində deyil.

​Xorvatiyalı ulduzun London təmsilçisi ilə 2028-ci ilin yayına qədər qüvvədə olan uzunmüddətli müqaviləsi var. Bu səbəbdən transfer danışıqlarında bütün rıçaqlar və güclü mövqe məhz “Mançester Siti”nin əlindədir.

​Almaniya klubunun bu transfer üçün rəsmi təklif hazırlayıb-hazırlamayacağı yaxın həftələrdə bəlli olacaq.