"Çelsi"nin hücumçusu Joao Pedro DÇ-2026 üçün Braziliya millisinin heyətinə düşməməsi ilə bağlı emosiyalarını bölüşüb.
Offsideplus.az xəbər verir ki, cari mövsüm Premyer Liqada keçirdiyi 34 matçda 15 qol vuran ulduz futbolçu məyusluğunu gizlətməyib:
"Hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Təəssüf ki, ölkəmi dünya çempionatında təmsil etmək xəyalımı reallaşdıra bilmədim. Amma hər zaman olduğum kimi, yenə də sakitliyimi və konsentrasiyamı qoruyuram.
Sevinc və məyusluq futbolun bir parçasıdır. Millidə olan hər kəsə uğurlar arzulayıram. Komandamızın evə 6-cı çempionluq kubokunu gətirməsi üçün mən də sadəcə onlardan biri olub, tribunalardan dəstəyimi verəcəm".


