Türkiyəli qapıçı Altay Bayındır bu yay "Mançester Yunayted"ni tərk edəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onunla yaxından maraqlanan klublardan biri "Beşiktaş"dır.
A. Bayındır 2023-cü ildən "Mançester Yunayted"də çıxış edirdi. O, "qırmızı şeytanlar"ın heyətində 17 oyuna çıxıb.


