"Real Madrid" klubunda prezidentliyə namizəd Enrike Rikelme komandaya gətirəcəyi baş məşqçinin adını açıqladı.
Offsideplus.az xəbər verir ki, biznesmen "Kral klubu"nun prezidenti olsa, Yürqen Klopp komandanı çalışdıracaq. O bu barədə özü açıqlayıb:
"Real Madrid" proyektimizdəki baş məşqçi Yürqen Kloppdur. Birinci gün seçkilərdə qalib gəlsək, direktorumuz Raul Klopp ilə əlaqəyə keçəcək".
Qeyd edək ki, digər namizəd Florentino Perez isə Joze Mourinyonu "Real"ın yeni baş məşqçisi təyin edəcək. Prezident seçkisi 7 iyunda baş tutacaq.


