17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Qəbələdə təlim-məşq toplanışında olan yığmamıza çağırılan “Sabah”ın futbolçusu Cəfər Cəfərzadə səhhətində yaranan narahatlıq səbəbindən düşərgədən ayrılıb. Onun əvəzinə “Qarabağ”ın oyunçusu Davud Abdullayev heyətə cəlb olunub.
Qeyd edək ki, iyunun 10-dək Qəbələdə hazırlıq keçəcək U-17 ayın 6-da və 9-da Qazaxıstanın müvafiq yaş qrupundan komandası ilə iki yoxlama oyunu keçirəcək.


