Almaniyalı mütəxəssis Yurgen Klopp Almaniya millisinin baş məşqçisi təyin olunub.
Offsideplus.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Onun məlumatına görə, Kloppla Almaniya Futbol İttifaqı 2030-cu ilin iyuluna qədər nəzərdə tutulan müqavilə imzalayıb. Rəsmi açıqlama və təqdimat mərasiminin bu gün keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Kloppun son iş yeri "Liverpul" olub. "Bundesdim"i isə Yulian Nagelsman çalışdırıb.


