2026-27 mövsümündən etibarən Misli Premyer Liqasında mübarizə aparacaq "Şəfa"nın yeni baş məşqçisi rəsmən elan edilib. 

Offsideplus.az xəbər verir ki, komandanı növbəti mövsüm Zaur Həşimov çalışdıracaq. 44 yaşlı mütəxəssis ilə 3 illik müqavilə imzalanıb.

Zaur Həşimov futbolçu ilən “Şəfa"nın formasını geyinib və 2000/01 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

Qeyd edək ki, o, “Qəbələ” və “Zirə” klublarında məşqçi kimi çalışıb. Eyni zamanda Bakı klubunun baş məşqçisi vəzifəsində fəaliyyət göstərib. O, həmçinin Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.