Ötən aylarda “Araz-Naxçıvan”da prezident dəyişikliyi olacağı haqda söz-söhbət çıxmışdı. Muxtar Respublika təmsilçisinin rəhbəri vaxtı ilə “Neftçi”də də işləmiş futbol funksioneri Ceyhun Sultanov olacağı deyilirdi. Lakin hələ də bir xəbər yoxdur. 

Offsideplus.az Sultanovun özü ilə əlaqə saxlayıb, durumun nə yerdə olduğunu öyrənib:

“Məsələ gündəmdədir. Sənədləşmə işləri gedir. Bu proseslə mən məşğul olmuram deyə, vəziyyətin nə yerdə olduğunu bilmirəm. Bizdən aslı məsələlər deyil”.

Qeyd edək ki, klubun hazırki prezidenti Ramin Axundovdur.