Qadınlar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması bu gün qrupda növbəti oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, millimiz Macarıstan kollektivini sınağa çəkəcək. Görüş saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
Siyasət Əsgərovun baş məşqçisi olduğu komandamız daha öncə Andorranı hər iki oyunda məğlub edib, Şimali Makedoniyaya qalib gəlib. Yığmamız səfərdə Macarıstana məğlub olaraq 9 xalla ikinci yerdədir. Lider macarların 10 xalı var.
Qeyd edək ki, millimizin növbəti matçı səfərdə Şimali Makedoniyaya qarşı olacaq.
DÇ-2027, seçmə mərhələ
18:00 Azərbaycan - Macarıstan
Sumqayıt, Mehdi Huseynzadə adına stadion


