Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokunda bu gün pley-in oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Ratomir Deliçin rəhbərlik etdiyi komandamız saat 22:00-da Litva millisi ilə üz-üzə gələcək.

Qeyd edək ki, A qrupunda mübarizə aparan Azərbaycan millisi  Madaqaskar, Çexiya və Polşanı məğlub edib.

Yığmamız yalnız Niderland kollektivinə uduzub.