Qurban Qurbanov Ağdama səfər edib. Təcrübəli mütəxəssis Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət edib, onun əziz xatirəsini ehtiramla yad edib.

Offsideplus.az xəbər verir ki, Qurban Qurbanov ziyarət zamanı “Qarabağ"ın UEFA Çempionlar Liqasındakı çıxışını simvolizə edən top və şərfi Milli Qəhrəmanın xatirəsinə ithaf olaraq məzarı üzərinə qoyub.

Allahverdi Bağırov 1-ci Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq şəhid olub.

Xatırladaq ki, Qurban Qurbanov ötən ilin iyulunda imkan olan kimi klub əfsanəsinin məzarını ziyarət edəcəyini söz vermişdi.