Bu həftəsonu Formula 1 üzrə Monako Qran Prisi keçiriləcək.
Offsideplus.az xəbər verir ki, bu gün baş tutan ilk sərbəst yürüşün ən sürətlisi "Ferrari" pilotu Şarl Lekler olub. O, dövrəni 1:13:978 dəqiqəyə tamamlayıb. Onun komanda yoldaşı Lüis Həmilton ikinci yerdə qərarlaşıb.
"Red Bull" pilotu Maks Ferstappen isə paddokun üçüncü sürətli pilotu olub.
Qeyd edək ki, Monako Qran-Prisində əsas yarış 7 iyun saat 17:00-da start götürəcək.


