"Aston Martin"in rəhbəri Edrian Nyui Macarıstan Qran-prisinin sıralanma turunun yekunlarını qiymətləndirərək, sessiyanın nəticəsinin komanda üçün ümidverici olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, sıralanma turunun nəticələrinə əsasən, Fernando Alonso bu mövsüm ilk dəfə ikinci mərhələyə adlaya bilib və orada 16-cı nəticəni göstərib.

Nyui sıralama turu barədə bunları söyləyib:

“Biz bu həftəsonuna digər komandaların bolidləri ilə mübarizə aparmaq hədəfi ilə başladıq. Deyə bilərəm ki, sıralanma turunda ikinci mərhələyə keçmək "Aston Martin" üçün doğru istiqamətdə atılmış ümidverici bir addım oldu”.

Qeyd edək ki, Macarıstan Qran-prisinin əsas yarışı bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.