Karlos Espi İspaniya La Liqasında 23 yaşadək mövsümün ən yaxşı futbolçusu olub.

Offsideplus.az xəbər verir ki, "Levante"nin  üzvü azarkeşlər, ekspertlər və komanda kapitanları arasında keçirilən səsvermədə qalib gəlib.

20 yaşlı hücumçu Fermin Lopez, Alberto Moleiro, Arda Gülər və Víktor Munoz Villanuevani qabaqlayıb.

Qeyd edək ki, mövsüm ərzində 25 oyunda meydana çıxan Espi 11 qola imza atıb.