“Benfika”nın baş məşqçisi Joze Mourinyo yenidən İspaniyaya qayıdır.

Offsideplus.az xəbər verir ki, Florentino Peres klub prezidenti seçilərsə, portuqaliyalı mütəxəssisi “Real Madrid”in baş məşqçi postuna gətirməyi planlaşdırır.


Bu barədə “Benfika”nın mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, “Real” 63 yaşlı məşqçinin müqaviləsindəki 15 milyon avroluq sərbəstqalma bəndini ödəməyə hazırdır. Lakin bu addımın reallaşması üçün Peresin seçkilərdə qalib gəlməsi tələb olunur.

Qeyd edək ki, Joze Mourinyo 2010–2013-cü illərdə də “Real Madrid”i çalışdırıb.