Sabah qadınlardan ibarət milli komandamız Dünya Çempionatının seçmə mərhələsinin C qrupunda 5-ci oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, Macarıstanla oyunöncəsi mətbuat konfransında yığmamızın baş məşqçisi Siyasət Əsgərov jurnalistlərin suallarını cavablayıb.
“Bizim üçün Sumqayıtda oynamaq şərəfdir. Ümid edirəm ki, tribunada azarkeş də görəcəyik. Turnir cədvəlində ikinci pillədəyik. Rəqibdən bir xal geri qalırıq. Oyunun mahiyyətinin fərqindəyik. Matça maksimum hazırlaşmışıq”.
Siyasət Əsgərov sabahkı oyunun taktikası haqda belə deyib:
“Bizim üçün qələbə önəmlidir. Bu oyuna fərqli planla çıxacağıq. Rəqibin harda boşluqlar verdiyini bilirik. Rəqib ad olaraq yaxşılatdandır. Psixoloji problemimiz yoxdur. Oyun praktikasından əziyyət çəkirik. Türkiyədə oynayan futbolçularımız var. Orda çempionat tez bitib”.
O, Sevincin qol vurmaq istəyindən də danışıb:
“Ayrı-seçkilik etmirik. Sevinc qollarla hər kəsi sevindirir. Tək Sevinc yox, irəli xətdəki hər kəsdən qol gözləyirik”.
Əsgərov Şimali Makedoniya ilə oyun haqda da danışıb:
“Futbolçularımızın sayı limitlidir. Oyunlar arasında 3 gün fərq var. 90 dəqiqə oynayan qızların əksəriyyətinin kürəyi ağrıyır. Psixoloji yox, fiziki zəiflik olur”.


