Slovakiyada təşkil olunan minifutbol üzrə Avropa çempionatında bu gün final oynanılacaq.
Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandası Bakı vaxtı ilə saat 22:30-da Ukrayna ilə üz-üzə gələcək.
Elşad Quliyevin baş məşqçisi olduğu yığmamız finala gedən yolda son çempion Serbiyanı, Ukrayna isə Macarıstanı mübarizədən kənarlaşdırıb.
Minifutbol üzrə Avropa çempionatı, final
22:30 Ukrayna - Azərbaycan


