Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokunda bu gün daha iki qarşılaşmada qüvvəsini sınayacaq.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Ratomir Deliçin rəhbərlik etdiyi komandamız günün ilk oyununda Çexiya seçməsi ilə üz-üzə gələcək. Bu matçın start fiti saat 19:05-də səslənəcək. Yığmamız növbəti oyununda isə turnirin ev sahibi Polşa ilə qarşılaşacaq. Bu görüşün başlama vaxtı isə saat 20:55-ə təyin edilib.
Qeyd edək ki, A qrupunda mübarizə aparan Azərbaycan millisi iyunun 1-də keçirdiyi ilk oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub etsə də, Niderland kollektivinə uduzub - 13:19.


