Kriştianu Ronaldu 2034-cü ildə keçiriləcək Dünya Kubokunun rəsmi elçisi seçilib.
Offsideplus.az xəbər verir ki, bu barədə BeIn Sports məlumat yayıb. Mundial Səudiyyə Ərəbistanında baş tutacağından portuqaliyalı ulduz səfir seçilib.
Qeyd edək ki, Ronaldu 2023-cü ildən bəri bu ölkənin "Əl Nəsr" klubunda çıxış edir.
Xatırladaq ki, DÇ-2026 ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçiriləcək. 2030-cu ildə baş tutacaq mundiala isə Mərakeş, İspaniya və Portuqaliya ev sahibliyi edəcək.


