“Qarabağ”dan ayrılan Ramil Şeydayevin adı bir neçə klubla hallanır. Bunlardan biri də daha çox yerli futbolçularla oynamağa üstün verəcək debütant “Şəfa”dır. 

Ramilin paytaxt təmsilçisinə keçmək ehtimalı ilə bağlı klubun vitse-prezidenti, vaxtı ilə Ramilin komanda yoldaşı da olmuş Əfran İsmayılov “CBC Sport”da yayımlanan “Start” verilişində aydınlıq gətirib. 

Gənc funksioner nəinki Ramillə razılaşmaq, heç bu barədə danışıqların olmadığını deyib. Səbəb kimi isə Ramilin maaş tələbinin çox olmaq ehtimalını göstərib. 

Şeydayev bu mövsüm çempionatda 10 oyuna çıxıb, 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Maraqlıdır ki, 30 yaşlı futbolçu bu məhsuldarlığı sonuncu turda edib. Yəni, digər 9 oyunu “boşa verib”.