Transfer bazarında adı bir neçə gündür "Qalatasaray" və Premyer Liqa klubları ilə hallanan Rafael Leao barədə növbəti xəbər İngiltərədən gəlib.

Offsideplus.az xəbər verir ki, bu yay "Milan"dan ayrılacağı dəqiqləşən portuqaliyalı ulduz vingerin Londonun "Arsenal" klubuna təklif edildiyi məlum olub.

26 yaşlı futbolçunun nümayəndələri və "Milan" rəhbərliyi onun gələcəyini İtaliyadan kənarda görür. Hücum xəttini gücləndirmək istəyən "Arsenal" üçün bu təklif əsl fürsətə çevrilə bilər.

Xatırladaq ki, Leao ilə "Qalatasaray"ın da yaxından maraqlandığı və Premyer Liqanın digər nəhənglərinin də pusquda gözlədiyi bildirilirdi. Lakin portuqaliyalı oyunçunun birbaşa "Topçular"a təklif edilməsi London klubunu bu gərgin transfer yarışında bir addım öndə çıxara bilər.