Fransa nəhəngi PSJ və baş məşqçi Luis Enrike rəsmən yola birlikdə davam etmək qərarına gəliblər.

Offsideplus.az xəbər verir ki, tərəflərin yaxın vaxtlarda yeni müqavilə şərtlərini rəsmiləşdirəcəyi və əməkdaşlığı uzadacağı gözlənilir.

Təcrübəli mütəxəssis Paris klubunda qurulan layihəyə və komandanın gələcəyinə tamamilə inanır. Luis Enrikenin əsas hədəfi və kluba verdiyi vəd isə birdir: PSJ ilə birlikdə növbəti UEFA Çempionlar Liqası kubokunu qazanmaq.

Klub rəhbərliyinin də ispaniyalı çalışdırıcının sisteminə və gənclərə verdiyi şansa tam güvəndiyi bildirilir. Bu rəsmi müqavilə ilə Paris təmsilçisi uzunmüddətli sabitlik yolunda ən mühüm addımını atmış olacaq.