Misli Premyer Liqasını 5-ci pillədə başa vuran “Zirə” nə qədər absurd səslənsə də, avrokuboklara gedə bilər. Belə ki, UEFA-nın “Turan Tovuz”a avrokuboklarla bağlı bir mövsümıük sanksiya tədbiq etməsi qəsəbə təmsilçisinə Konfrans Liqasına vəsiqəsini qazandıra bilər.
Bu nüans klubun gələn mövsümə hazırlıq prosesinə, transferlər siyasətinə təsir göstərə bilərmi? Sualların cavabını “Zirə”nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə Offsideplus.az-a açıqlamasında verib:
“Bizə Konfrans Liqası ilə bağlı rəsmi heç nə deyilməyib. Avrokuboklara gedib-getməməyin fərqi yoxdur - bütün komandalar yayda heyətini gücləndirir. İstənilən halda transferlər olacaq”.


