"Aston Martin" komandası tərəfdaşı "Maaden" ilə birgə Monako Qran-prisi üçün hazırladığı xüsusi sponsor liveriyasını (bolidin xarici dizaynını) təqdim edib.
Offsideplus.az xəbər verir ki, yeni dizayn metalların və mineralların yerin altından yüksək texnologiyalı mühəndisliyə qədər olan transformasiyasını simvolizə edir.
Komandanın verdiyi məlumata görə, AMR26 bolidi hərəkət zamanı vizual olaraq rəng çalarlarını dəyişəcək:
"Bolidin örtüyü döngədən döngəyə fərqli görünəcək: döngəyə daxil olarkən bir ton, çıxarkən isə tamam başqa bir rəng çaları qeydə alınacaq".
Bu vizual effekti daha da gücləndirmək üçün altıbucaqlı formalardan ibarət xüsusi naxışdan istifadə edilib. Dizaynerlər bu formanı əldə etmək üçün 100-dən çox fərqli variantı sınaqdan keçiriblər.




