Lionel Messi idman sahəsində 2026-cı ilin Asturiya Şahzadəsi Mükafatının laureatı olub.
Offsideplus.az xəbər verir ki, 12 müxtəlif ölkədən 27 namizədin arasından seçilən Messi, bu mükafatı fərdi şəkildə qazanan ilk futbolçu kimi tarixə düşüb.
Münsiflər heyətinin sədri Tereza Perales bildirib ki, ulduz futbolçu bu mükafata heyranedici istedadı, xeyriyyəçilik fəaliyyəti, həmçinin meydandakı nümunəvi davranışı, təvazökarlığı və komandaya sadiqliyi ilə hamının rəğbətini qazandığı üçün layiq görülüb.
İspaniya taxt-tacının varisi tərəfindən 1980-ci ildən bəri təqdim edilən bu mükafat idman sahəsində 1987-ci ildən verilir. Əvvəllər futbol dünyasından bu mükafata 2010-cu ildə İspaniya millisi, 2012-ci ildə isə ortaq şəkildə İker Kasilyasla Xavi layiq görülmüşdü.


