"Yuventus"un hücumçusu Duşan Vlahoviçin Turin klubu ilə yolları ayrılır.

Offsideplus.az xəbər verir ki, İtaliya təmsilçisi ilə yeni sözləşmə mövzusunda razılığa gələ bilməyən serbiyalı forvard komandadan ayrılmaq qərarı alıb.

26 yaşlı hücumçunun "Yuventus"u azad agent statusu ilə tərk edəcək.

O, burada 168 oyun keçirib və 68 qol vurmağı bacarıb.