"Qarabağ"ın keçmiş futbolçusu Jaba Dvali 41 yaşında qəfildən dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, onun ürək tutmasından vəfat etdiyi bildirilir.
2014-cü ildə icarə əsasında Ağdam təmsilçisində çıxış edən Dvali komandanın heyətində 5 oyunda meydana çıxıb.
Gürcüstanlı futbolçu karyerasının ən uğurlu günlərini ölkəsinin "Zestafoni" klubunda keçirib. O, burada 98 oyunda 47 qol vurmağı bacarıb.
Mərhum oyunçu Gürcüstan yığmasında 1 matçda iştirak edib.


