Braziliya millisinin təcrübəli yarımmüdafiəçisi Kazemiro Dünya Kuboku öncəsi komandasının şanslarını dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, iyunun 11-də start götürəcək turnirdə 6-cı çempionluğunu hədəfləyən "Braziliya" bu dəfə bukmeker kontorlarının mərc əmsallarına görə favoritlərdən biri kimi görülmür.

Çərşənbə axşamı komandası ilə birgə ABŞ-yə çatan ulduz futbolçu mövzu ilə bağlı FIFA-nın media kanalına açıqlama verib:

"Bu dəfə əsas favorit biz deyilik. Təbii ki, yaxşı formadayıq, təcrübəli və gənc oyunçuların sintezindən ibarət güclü heyətimiz var. Bəlkə də digər rəqiblərdən bir addım geridə görünürük, amma bu, bizi daha da diqqətli edir və xeyrimizə işləyə bilər. Turnirə tam hazır yollanmaq və möhtəşəm bir Dünya Kuboku keçirmək istəyirik".