Yüngül çəkidə "Bellator" çempionu Usman Nurmaqomedov Konor Makqreqorun Maks Hollueyə qarşı keçirəcəyi döyüş barədə danışıb və onun yenidən oktaqona qayıdacağına şübhə ilə yanaşdığını bildirib.

Offsideplus.az xəbər verir ki, idmançı mövzu ilə bağlı bu fikirləri səsləndirib:

"Birincisi, mən onun ümumiyyətlə döyüşə çıxacağına inanmıram. İkincisi, döyüş baş tutsa belə, onun qalib gələcəyini düşünmürəm. Çünki idmandan 5 il uzaq qalmaq həddindən artıq çoxdur. Bu, çox uzun bir müddətdir.

Amma hər şeyə rəğmən, əgər o, döyüşə çıxıb qələbə qazanarsa, bu, MMA üçün yaxşı olar - idmana daha çox azarkeş geri dönər".

Qeyd edək ki, Holluey və Makqreqor arasında döyüşün UFC 329 turniri çərçivəsində baş tutması planlaşdırılır. Bu, Konorun son 5 ildə çıxacağı ilk döyüş olacaq.