Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Pakistan yığması ilə yoxlama matçında qüvvəsini sınayacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı AFFA-nın mətbuat xidməti yayıb.
Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma iyunun 9-da, saat 17:30-da Qəbələ şəhər stadionunda start götürəcək.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis Ruy Jorjenin rəhbərlik etdiyi Azərbaycanın U-20 seçməsi iyunun 10-dək Qəbələdə hazırlıq prosesini davam etdirəcək.


