Beynəlxalq Basketbol Federasiyasının (FIBA) Azərbaycandakı milli təlimçisi Ələkbər Həsənov qurumun Bolqarıstanın Samokov şəhərində təşkil etdiyi seminara qatılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Mayın 29-dan iyunun 1-dək davam edən beynəlxalq tədbirdə Avropanın müxtəlif ölkələrindən olan basketbol federasiyalarının nümayəndələri bir araya gəliblər.

Seminar müddətində qaydalardakı son yeniliklər, hakimlik meyarları, referilərin hazırlıq prosesi və ədalət təmsilçiliyinin keyfiyyətinin daha da artırılması kimi vacib mövzular ətrafında geniş müzakirələr aparılıb.