"Ferrari" komandası Şarl Lekler ilə əməkdaşlığı davam etdirəcəyini elan edib.
Offsideplus.az xəbər verir ki, İtaliya təmsilçisi monakolu pilotla yeni müqavilənin imzalandığını rəsmən təsdiqləyib. Klub rəhbərliyi onunla yeni sözləşmə əldə etdiklərindən məmnun olduqlarını bildirib.
Qeyd edək ki, Lekler uzun müddətdir "Ferrari"nin uğurları üçün mübarizə aparır və bu yeni müqavilə onun komandadakı gələcəyini daha da möhkəmləndirib.


