Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində, C Liqasının 3-cü qrupunda keçiriləcək Azərbaycan - Macarıstan oyununun hakim təyinatları bəlli olub.
Offsideplus.az xəbər verir ki, bu qarşılaşmanın idarəçiliyi Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.
Matçın baş hakimi Vanya Yankoviç olacaq. Ona yan xətlərdə Staşa Şpur və Helena Buh kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandra Çesen yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan – Macarıstan görüşü iyunun 5-də, saat 18:00-da Mehdi Hüseynzadə adına Sumgayit şəhər stadionunda start götürəcək.


