Azərbaycanın minifutbol millisi Slovakiyada təşkil olunan Avropa çempionatında bu axşam 1/4 final oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinala yüksəlmək uğrunda Çexiya seçməsi ilə üz-üzə gələcək. "Tipos Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bu cütün qalibi yarımfinal mərhələsində Rumıniya - Serbiya duelinin güclüsü ilə qarşılaşacaq.

1/4 finalın digər oyunlarında isə Macarıstan - Bolqarıstan və Gürcüstan - Ukrayna cütlükləri xalçaya çıxacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi 1/8 finalda Qazaxıstan yığmasını 3:2 hesabı ilə üstələyib. Komandamız F qrupunda keçirdiyi bütün oyunlarda da qələbə qazanıb: Avstriya (1:0), İtaliya (3:0) və Fransa (3:2).