Andrea Pirlonun İtaliya milli komandasının baş məşqçisi təyinatı rusiyalı mərc şirkəti ilə əməkdaşlığına görə təhlükəyə düşüb.

Offsideplus.az xəbər verir ki, 47 yaşlı mütəxəssis yığmaya rəhbərlik etməyə razılıq versə də, mərc kontoru ilə biznes əlaqələri İtaliya Futbol Federasiyasında (FIGC) ciddi suallar yaradıb.

Mütəxəssisin təyin olunacağı təqdirdə müqavilənin ləğv ediləcəyi bildirilsə də, qurum məsələni hüquqi müstəvidə araşdırmaq kararına gəlib.

FIGC-in texniki direktoru Paolo Maldini və müşaviri Leonardo Pirlonu yığma üçün ideal namizəd sayırlar. Lakin federasiya prezidenti Covanni Malago gözlənilməz siyasi və institusional ziddiyyətlərə görə son qərarı verməyə tələsmir. Məlumata görə, bu qalmaqal federasiya daxilində böhran yaradıb.