"Roma" klubu "Bolonya"nın hücumçusu Santyaqo Kastronu transfer etməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi 21 yaşlı argentinalı üçün 30+5 milyon avro təklif edib və tərəflər bonusların detalları üzərində danışıqları davam etdirir. Kastro özü də "Roma"ya keçidə razılıq verib. Ötən mövsüm futbolçu A Seriyasında 35 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb və "Bolonya"nın ikinci ən yaxşı bombardiri olub.