Azərbaycanın radio məkanında özünəməxsus yer tutan Sağlam Radio 93FM fəaliyyətinin ikinci ildönümünü qeyd edir.

Qısa müddət ərzində dinləyicilərin rəğbətini qazanan radio həm maarifləndirici, həm də əyləndirici məzmunu ilə geniş auditoriyanın gündəlik seçimlərindən birinə çevrilib. Həftəiçi hər gün saat 15:00-dan 16:00-dək yayımlanan "Offside" verilişi isə ən son idman xəbərlərini və aktual mövzuları dinləyicilərin diqqətinə çatdırır.

"Offside" ailəsi olaraq tərəfdaşımız olan Sağlam Radio 93FM kollektivini 2 illik yubiley münasibətilə təbrik edir, fəaliyyətlərində yeni uğurlar, daha geniş dinləyici auditoriyası və yeni nailiyyətlər arzulayırıq.

Sağlam Radio 93FM-ə uzunömürlü və uğurlu yayım həyatı diləyirik!