"Liverpul"dan ayrılan mərkəz müdafiəçisi İbraima Konateni heyətinə qatmaq istəyən "Real Madrid" rəsmi addımlarını sürətləndirib.
Offsideplus.az xəbər verir ki, İspaniya nəhəngi fransalı futbolçu ilə dördillik müqaviləyə dair şifahi razılıq əldə edib.
Konate "Real"dan gələn təklifə görə Səudiyyə Ərəbistanı klublarından aldığı cəlbedici müqavilələri gözləmə mövqeyinə qoyub.
Lakin bu transferin rəsmiləşməsi son bir şərtdən asılıdır: Florentino Peres yenidən klub prezidenti seçiləcəyi təqdirdə, 27 yaşlı futbolçu Madrid təmsilçisi ilə rəsmi müqaviləyə imza atacaq.


